Şassi təkərlərindən birini itirən təyyarə uğurla eniş edib - VİDEO

19 Fevral 2020 14:29 (UTC+04:00)

"Air Canada" aviaşirkətinə məxsus A319 sərnişin təyyarəsi şassisinin təkərlərindən birini itirməsinə baxmayaraq uğurla eniş edib.

Mövqe.az xəbər verir ki, göyərtəsində 120 sərnişin və 5 heyət üzvü olan təyyarə Nyu-Yorkdan havaya qalxıb.

Bildirilir ki, təyyarə havaya qalxarkən sağ qanadının altında yerləşən şassinin təkərlərindən biri qopub. Təyyarənin pilotu eniş edərkən təhlükəsiz dəhliz istəyib.

Eniş yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb edilib, lakin onların xidmətlərinə ehtiyac olmayıb. İnsident nəticəsində xəsarət alan olmayıb.