Azərbaycan Premyer Liqasında 19-cu turun oyunlarının vaxtı açıqlanıb

19 Fevral 2020 15:12 (UTC+04:00)


Premyer Liqada 19-cu turun cədvəli açıqlandı

Azərbaycan Premyer Liqasında 19-cu turun oyunlarının vaxtı açıqlanıb.

Goal.az PFL-in saytına istinadən xəbər verir ki, iki günü əhatə edəcək turun görüşləri aşağıda göstərilən saatlarda başlayacaq:

29 fevral (şənbə)

“Sumqayıt” – “Keşlə”

“Kapital Bank Arena”, 16:00

“Qarabağ”– “Sabah”

Tofiq Bəhramov adına Respublika Stadionu, 18:00

1 mart (bazar)

“Zirə” – “Qəbələ”

Zirə İdman Kompleksinin stadionu, 15:00

“Neftçi” – “Səbail”

“Bakcell Arena”, 17:00