“Qalatasaray”ın sabiq futbolçusu dünyasını dəyişdi

19 Fevral 2020 17:23 (UTC+04:00)

Türkiyə millisinin sabiq futbolçusu Mustafa Yücedağ dünyasını dəyişib.

Mövqe.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, Hollandiyada olarkən ürək tutmasından ölüb.

54 yaşlı Yücedağın peşəkar futbolçu karyerası 1985-1995-ci illəri əhatə edir. 1990-1992-ci illərdə “Qalatasaray”ın, ardından bir il də “Fənərbaxça”nın formasını geyinmiş mərhum futbolçu Frank Raykardın dönəmində “Qalatasaray”da köməkçi məşqçi vəzifəsini də icra edib.