UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində səfərdə Atletico-ya 0:1 hesabı ilə məğlub olan Liverpool ciddi itki ilə üzləşib.
Goal.az xəbər verir ki, Mersisayd klubunun yarımmüdafiəçisi Cordan Henderson sıradan çıxıb. Oyunun 80-ci dəqiqəsində meydanı tərk edən futbolçunu Ceyms Milner əvəzləyib.
Komandanın baş məşqçisi Yurgen Klopp “qırmızlar”ın kapitanının əzələsində problem olduğunu bildirib:
“Təəssüf ki, Henderson əzələsindən zədələndi. Çox narahat görünmürdü, amma meydandan çıxmağa məcbur oldu. Zədəsinin nə dərəcədə ciddi olduğunu bilmək üçün gözləmək məcburiyyətindəyik”.