Sanço Premyer Liqa klubunun hədəfində

19 Fevral 2020 21:25 (UTC+04:00)

Chelsea Borussia Dortmund-un hücumçusu Jadon Sançonu heyətinə qatmaq istəyir.

Goal.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.

Məlumata görə, klublar 19 yaşlı ingilis futbolçunun London klubuna keçməsi üçün danışıqlara başlayıblar. Daha əvvəl Manchester City və Manchester United-in də Sanço ilə maraqlandığı bildirilirdi. London klubu oyunçunun qiymətinin yüksək olduğu üçün onu icarə əsasında heyətinə cəlb edə bilər.

Qeyd edək ki, hücumçu 2019-20 mövsümündə Borussia-da 31 oyun keçirib və 16 qol vurub.