Yəməndə müdafiə nazirinin avtomobili partladıldı

19 Fevral 2020 19:00 (UTC+04:00)

Yəməndə müdafiə naziri Məhəmməd Əli əl-Məktaşiyə sui-qəsd təşkil olunub.

Ölkənin şərqində nazirin olduğu avtomobil korteji partladılıb.

Qeyd olunur ki, nazir zərər çəkməyib. Onun hadisə yerindən uzaqlaşdırıldığı deyilir.

Hadisə nəticəsində 4 nəfər həlak olub.