MSK sədri müraciətlərin poçt tərəfindən qəsdən gecikdirilməsi ilə bağlı iddialara aydnlıq gətirdi

19 Fevral 2020 19:09 (UTC+04:00)

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov seçkilərlə bağlı müraciətlərin poçt tərəfindən qəsdən gecikdilməsi ilə bağlı yayılan iddialara münasibət bildirib.

M.Pənahov MSK-nın iclasda bildirib ki, bu məlumatların heç bir əsası yoxdur.

O qeyd edib ki, MSK müraciətlərə baxan zaman müraciətin poçta verildiyi tarixi əsas götürür: “Ona görə də yayılan iddianın heç bir əsası yoxdur. Kimlərsə bunun hanısa məqsədlər üçün edir”.