Bakıda quldurluq hadisəsi baş verib.
Mövqe.az-ın xəbərinə görə, hadisə 2019-cu ilin oktyabr ayının 9-da, paytaxtın Nəsimi rayon ərazisində qeydə alınıb.
Belə ki, Qazax rayon sakini, 1997-ci il təvəllüdlü İslam Məmmədov 2002-ci il təvəllüdlü Zakir Novruzova qarşı küçənin ortasında bıçaqla basqın edərək hədələyib. O, Z.Novruzovun əlində olan mobil telefonu alaraq, hadisə yerindən qaçıb.
Hadisədən 4 ay sonra Z.Novruzov hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181.2.5-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.