Çempionlar Liqasında həftənin ən yaxşısı adına namizədlər bilindi

20 Fevral 2020 18:31 (UTC+04:00)

UEFA Çempionlar Liqasında bu həftənin ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb.

Goal.az xəbər verir ki, bunlar Erlinq Holand (Borussia Dortmund), Renan Lodi (Atletico Madrid), Hans Hatebur (Atalanta), Huqo Llorisdir (Tottenham).

Azarkeşlər arasında aparılacaq səsvermənin nəticəsi sabah müəyyənləşəcək.