Bərdədə vəzifəli şəxslər rüşvət alarkən saxlanılıb

20 Fevral 2020 17:18 (UTC+04:00)

Azərbaycanda kollec rəhbərliyi tutulub.

Mövqe.az-ın məlumatına görə, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Xaləddin Ələkbərov və onun müavini İlqar Dursunov iş otaqlarında rüşvət alarkən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən  saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.