Neftçalanın icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM

20 Fevral 2020 18:28 (UTC+04:00)

Prezident İlham Əliyev İsmayıl Vəliyevin Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, İsmayıl Məhərrəm oğlu Vəliyev Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.