Koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən tələbələrin analizlərinin cavabı açıqlandı

21 Fevral 2020 09:38 (UTC+04:00)

Koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən, Çində təhsil alan iki tələbənin analizlərinin cavabı açıqlanıb.

Mövqe.az-ın məlumatına görə, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərinin birgə məlumatında qeyd edilir ki, Kliniki Tibbi Mərkəzə yerləşdirilən Çinin Huancou şəhərində təhsil alan 1997-ci il təvəllüdlü iki tələbənin analizlərinin cavabı mənfi gəlib, yəni onlarda hər-hansı bir virus aşkarlanmayıb.

Gün ərzində tələbələrin evə buraxılacaqları gözlənilir.