Bakıda baş verən yanğın söndürülüb.
Fövqəladə Hallar Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, paytaxtın Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində fəaliyyət göstərən uşaq poliklinikasında 1 ədəd elektrik qızdırıcısı yanıb.
Yanğın yanğından mühafizə bölmələri hadisə yerinə çatana kimi işçilər tərəfindən söndürülüb.