ABŞ prezidenti ailəsi ilə birlikdə tarixi həbsxananı ziyarət edir
1 İyul 2013 11:43 (UTC+04:00)
ABŞ prezidenti Barak Obama Cənubi Afrika Respublikasının "Robben
adası" həbs xanasınızı ziyarət edir. Ölkənin apartheid rejiminə
qarşı mübarizə aparan Nelson Mandela 20 ilə yaxın bu həbsxanada
saxlanıb.
Cənab Obamanın yardımçısı Ben Rodes bildirdiyinə görə, həyat
yoldaşı Mişel Obama və iki qızı tərəfindən müşayiət olunan
prezident həbsxanaya ziyarət zamanı cənab Mandelanın saxlandığı
hücrəyə də baş çəkəcək.
Ağ Evdən daxil olan məlumatda isə deyilir ki, bu ziyarət
ideyalarına görə "Robben adası" saxlanılan Nelson Mandela və digər
məhbusların yad edilməsi məqsədi daşıyır.
Ziyarətə digər anti-aparteid fəal və "Robben adası"nın sabiq sakini
83 yaşlı Əhməd Kaxrada bələdçilik edir.
Daha sonra prezidentin arxiyepiskop Desmond Tutu tərəfindən idarə
edilən icma tibb mərkəzinə baş çəkməsi və Keyp Taun şəhərində nitq
söyləməsi gözlənilir.