AFFA iki milli komandanın baş məşqçisini açıqladı

21 Fevral 2020 22:27 (UTC+04:00)

18 və 16 yaşadək futbolçulardan ibarət Azərbaycan millilərinin baş məşqçiləri bəlli olub.

Goal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Məşqçilər Komitəsinin tövsiyəsinə uyğun olaraq U-18 Elxan Abdullayevə, U-16 isə Aqil Nəbiyevə həvalə olunub.