Sumqayıtda zibil qutusunda yeni doğulmuş körpənin meyiti tapıldı

22 Fevral 2020 10:08 (UTC+04:00)

Sumqayıt şəhərində sakinlər zibil qutusunda yeni doğulmuş körpənin meyitinin olduğunu görüblər. 

Mövqe.az-ın məlumatına görə, hadisə şəhərin 2-ci mikrorayonunda qeydə alınıb. 

Bununla bağlı polisə məlumat verilib. 

Faktla bağlı araşdırma aparılır.