Neftçi səfərdə qələbə qazandı

22 Fevral 2020 19:31 (UTC+04:00)

Bu gün Azərbaycan Premyer Liqasında 18-ci tura start verilib.

Goal.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilir. Turun açılış oyununda "Neftçi" səfərdə "Qəbələ" ilə qarşılaşıb. Oyun qonaqların qələbəsi ilə başa çatıb - 2:0. Digər görüşdə isə "Keşlə" "Zirə"ni qəbul edəcək.

Qeyd edək ki, tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.

"Qəbələ" – "Neftçi" - 0:2

Qol: Anton Krivotsyuk, 8, Baqali Dabo, 14

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Namiq Bəkirov

Qəbələ şəhər stadionu