MSK DSK-nın qərarını qüvvədə saxladı

22 Fevral 2020 18:58 (UTC+04:00)

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 17 saylı Yasamal üçüncü seçki dairəsindən namizəd Əli Əliyevin səlahiyyətli nümayəndəsi Əliyar Şirməmmədovun müraciətinə baxılıb.

Mövqe.az-ın məlumatına görə, MSK üzvü Bəxşeyiş Əsgərov məlumat verib. Onun sözlərinə görə, araşdırma zamanı müraciətdə qeyd olunan iddialar öz təsdiqini tapmayıb. Dairə seçki komissiyası (DSK) tərəfindən müraciət hərtərəfli araşdırıb və əsassız hesab edilib. MSK namizədin müraciətinin təmin edilməməsi və DSK-nın qərarının qüvvədə saxlanılması məsələsini müzakirəyə çıxarıb və qəbul edilib