Barcelona yeni qapıçı alır

22 Fevral 2020 22:47 (UTC+04:00)

Barcelona heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir.

Goal.az xəbər verir ki, Kataloniya klubu Ajax-ın və Kamerun millisinin qapıçısı Andre Onananı almaq istəyir.

Barcelona-nın yetirməsi olan 23 yaşlı qolkiperlə Chelsea-nin də maraqlandığı bildirilib. 2016-cı ildən Niderland klubunda çıxış edən Onana bu mövsüm yerli çempionatda 20 matça çıxıb və qapısında 17 qol görüb.