Ronaldodan növbəti rekord

23 Fevral 2020 11:28 (UTC+04:00)

Juventus-un futbolçusu Kriştiano Ronaldo A Seriyasının 25-ci turunda hazırda SPAL-la keçirilən oyunda hesabı açıb.

Goal.az xəbər verir ki, portuqaliyalı hücumçu bununla A Seriyasında ardıcıl 11-ci oyununda qol vurub. O, bu göstəricidə Qabriel Batistuta (Fiorentina) və Fabio Kualyareallanın (Sampdoria) rekorduna şərik olub. Batistuta 1994-1995, Kualyarella isə 2018-2019 mövsümündə ardıcıl 11 oyunda qol vurub.

Ronaldo bu göstəriciyə Real-da çıxış edərkən La Liqa və Çempionlar Liqasında da nail olub.