Səsi batdı, konsertlərini ləğv etdi

23 Fevral 2020 11:54 (UTC+04:00)

Məşhur amerikalı müğənni Lana Del Reyin səsi batıb.

Mövqe.az axşam.az-a istinadən bildirir ki, səhhətində problem yaşayan ifaçı bu səbəbdən Avropadakı və Böyük Britaniyadakı konsert turunu ləğv etdirib.

Yaranmış vəziyyətə görə məyus olan müğənni sosial şəbəkədə pərəstişkarlarından üzr istəyib:

"Son anda hamını məyus etdiyimə görə üzr istəyirəm. Bu xəstəlik mənə qəfildən sürpriz etdi və səsimi tamamilə batırdı".