Alim Qasımov və Fərqanə Qasımova Polşada konsert verib

1 İyul 2013 12:30 (UTC+04:00)

Xalq artisti Alim Qasımov və qızı Fərqanə Qasımova Polşada konsert verib. Bu barədə APA-ya Alim Qasımov özü məlumat verib. İyunun 29-da səhnəyə çıxan muğam ifaçıları, "Voo Voo" qrupunun "Bezsennosc" mahnısı ilə Azərbaycanın "Leyla" və "Məni atdın ay qız atəşə" xalq mahnılarını sintez şəklində ifa edib: "Bu qrup rok qrupudur. Biz onlarla birgə bu mahnıları ifa etdiyimiz stadionda 20 minə yaxın tamaşaçı var idi. Azərbaycanın xalq musiqiləri xarici tamaşaçılar tərəfindən maraqla və alqışlarla qarşılandı".

 

A.Qasımov konsertin "Dünya Avropa Mədəniyyətləri stadionu" adlanan festival çərçivəsində keçirildiyini vurğulayıb.

 

Konsertdə xanəndələri polşalı qrupla birgə Zəki Vəliyev, Rauf İslamov müşayiət edib.