Bakıda evdən 12 000 manat aparıldı

24 Fevral 2020 13:10 (UTC+04:00)

Bakıda oğurluq edtməkdə şübhəli bilinən Füzuli rayon sakini saxlanılıb.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətindən Mövqe.az-a verilən məlumata görə, əməliyyatı Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşları keçirib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 20-də rayon ərazisindəki evlərin birindən 12 000 manat, qızıl-zinət və gümüş əşyalar oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş M.Məmmədov saxlanılıb.