Bakıda III kitab sərgi-yarmarkası keçiriləcək

1 İyul 2013 13:10 (UTC+04:00)

Sentyabrın 23-dən 25-dək Mədəniyyət və Turizm Nazirliyinin təşkilatı ilə Azərbaycan paytaxtında üçüncü Bakı Beynəlxalq kitab sərgi-yarmarkası keçiriləcək.

 

Mövqe.az-ın məlumatına görə, sərgi-yarmarka Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunub.


Sərgi-yarmarkada nəşriyyatlar buraxdıqları nəşrləri nümayiş etdirmək, satmaq, iştirakçı xarici nəşriyyatlar, müəlliflər və milli nəşriyyat-poliqrafiya müəssisələri ilə danışıqlar aparmaq, müqavilələr bağlamaq imkanı əldə edəcək.