“Moskva” univermağından 30 min manatlıq qızıl oğurlandı

24 Fevral 2020 14:04 (UTC+04:00)

Bakıda univermaqdan oğurluq olub.

Mövqe.az xəbər verir ki, hadisə Nəsimi rayonunda yerləşən “Moskva” univermağında qeydə alınıb.

Məlumata görə, Q.Əliyevə məxsus piştaxtadan 30 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə ilə bağlı araşdırma aparır.