Dənizdən gənc qadının meyiti tapılıb

1 İyul 2013 13:34 (UTC+04:00)

Bakda dənizdən naməlum qadın meyiti tapılıb. Paytaxtın Xəzər Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, meyit Xəzər dənizinin Şüvəlan sahilində aşkarlanıb. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən dənizdən 20-25 yaşlı naməlum qadının meyiti çıxarılıb.

 

Hazırda qadının şəxsiyyətinin müəyyənləşməsi istiqamətində iş aparılır.