Şəkər aludəçəliyi nədir? - Əlamətləri

24 Fevral 2020 18:32 (UTC+04:00)

Siqaret, alkoqollu içki və narkotik maddələr kimi şəkər də aludəçiliyə səbəb olur.

Mövqe.az yenicag.az-a istinadən bildirir ki, mütəxəssislər şəkər aludəçiliyinin olduqca riskli olduğunu və bir sıra ciddi xəstəliklərə səbəb olduğunu bildirirlər. Şəkər aludəçiliyi olan insanların əlamətləri isə bunlardır:

Çay və ya qəhvəni şəkərli içmək;
Şəkərli içkilər qəbul etmək;
Yeməklərdən sonra şirniyyat yemək istəyi;
Tez-tez yaranan baş ağrısının şirniyyat qəbul etdikdən sonra dayanması;
Çörək, düyü, un məmulatları qəbul etmədikdə doymamaq;
Marketə daxil olarkən şəkərli qida almaq;
Daimi olaraq evdə və ya iş yerində şirniyyat saxlamaq;
Su içməyi sevməmək;
Arada bir də olsa kəllə qənd yemək.