Xəyalə gileyləndi: "Serialda az maaş verilir"

24 Fevral 2020 19:36 (UTC+04:00)

"Bir neçə filmə çəkilirəmsə, qonorar qane edir. Amma ildə bir filmin gəliri azdır. Serialda isə maaş azdır. Toylarla dolanırıq".

Mövqe.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aktrisa Xəyalə Quliyeva "Hüseynova bacıları" verilişində deyib. O, gəlirlərindən danışıb. Xəyalə bildirib ki, çalışdığıs erialdan ona az qonorar verilir:

"Yoldaşımla büdcəmiz eynidir. Nə qazanırıqsa, gətirib bir yerə qoyuruq. Yeyəndə də bir yeyirik. Qızım da çəkilişdən qonorar alır. Onu da özünə xərcləsin".