Sevdadan Namiq Qaraçuxurluya təklif

24 Fevral 2020 21:24 (UTC+04:00)

"Bizim şou-biznesi dünya ilə müqayisə etmək düzgün deyil. Balaca ölkəyik. Dünyada tanınmaq asan deyil. Hər bir müğənni istəyər dünyada tanınsın. Öz ölkəndə tanınmaq da xoşbəxtlikdir. Sevilirsənsə, lap böyük xoşbəxtlikdir".

Mövqe.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva "Show news" verilişinə açıqlamasında deyib. Sənətçi yerli ifaçıları dünya ulduzları ilə müqayisə etməyin yanlış olduğunu bildirib.

Sevda "Eurovision"a getmək arzusundan bəhs edib:

"Seçim turlarına qatılmaq istəmərəm. Amma təklif gəlsə, məmnuniyyətlə gedərəm".

Müğənni hazırda yazılan mahnılardan gileylənib:

"Mahnılardan narazıyam. Bir neçə il əvvəl daha peşəkar mahnılara müraciət edilirdi, sevilirdi, yaddaşda da qalırdı. İndi yazılanlar isə tez unudulur. Bilmirəm nədir, mövzu tükənib?

Namiq Qaraçuxurlunun yaradıcılığını çox bəyənirəm. Hətta ona təklif etmişəm ki, alınsa, sizdən mahnı oxuyum".