Ağrıkəsici xəbərdarlığı

1 İyul 2013 15:25 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, milyonlarla insan, baş, bel ağırısından oynaq iltihabına qədər bir çox xəstəlikdə "diclofenac" təsirli maddəli dərmanlar istifadə edir. İngilis Dərman və Sağlamlıq Məhsulları Tənzimləmə heyəti MHRA, "diclofenac" təsirli maddəli ağrı kəsiciləri, ciddi ürək xəstəlikləri olan kəslərin istifadə etməməsi lazım olduğunu deyib. 2001-ci ildə edilən, Plos Medicine jurnalında yeni yayımlanan araşdırmaya görə "diclofenac" alan kəslərdə infarkt keçirmə riski, dərmanı almayanlara görə 40 faiz artır.