Şamdakı partlayışların izi tapılmadı

11 May 2012 13:02 (UTC+04:00)

Movqe.Az "Euronews"a istinadən xəbər verir ki, Suriyada rəhbərliyə qarşı nümayişlərin başladığı gündən bəri təşkil edilən ən qanlı hücumun əks-sədaları davam edir. Paytaxt Şamda baş verən hücumlarda 55-dən çox adam həlak olub, ən az 370 nəfər isə yaralanıb. Əhəmiyyətli kəşfiyyat mərkəzlərindən birinin yerləşdiyi Kazaz səmtindəki partlayışların hələ izi tapılmayıb. Amma hadisəni Əl-Qaidə terror təşkilatının törətdiyi ehtimal edilir.

ABŞ Müdafiə Naziri Leon Panetta bildirdi ki, "Suriyada Əl-Qaidənin varlığından xəbərimiz var. Amma hansı fəaliyyətlərlə məşğul olduğuna dair güclü bir məlumatımız yoxdur. Buna görə də, tam olaraq nə edib, nə etmədiklərini bilmirik."

Şamda əvvəllər də təşkil edilən buna oxşar hücumları Əl-Qaidə ilə əlaqəli olduğu düşünülən qruplar öz üzərinə götürüb.

Partlayışların təsiri ilə kraterlərin meydana gəldiyi və avtomobillərin partladıqları prospektdə Birləşmiş Millətlər Təşkilatının müşahidəçiləri araşdırmalar aparıb.

Ziba Yusifova

Movqe.Az