Güclü külək qaz xətlərini və sayğacları zədələdi

25 Fevral 2020 14:53 (UTC+04:00)

Gəncə şəhərində bu gün günorta saatlarında T.Arani küçəsində güclü küləyin təsirindən 7 saylı yaşayış binasının dam örtüyü uçub. Bu zaman binanın qarşısından keçən diametri 100 mm olan qaz xətti də yararsız hala düşüb. Hal-hazırda binanın cəmi 10 abonentinin təhlükəsizlik baxımından qaz təchizatı dayandırılıb.

Samux rayonunun Zazalı kəndində isə güclü külək qaz xəttini yerindən oynadıb və nəticədə 5 abonentin qaz sayğacına ziyan dəyib. Təhlükəsizlik tədbiri olaraq dərhal həmin evlərin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb. Bərpa işlərinə başlanılıb.