Biləsuvar sakini narkotik vasitələri satarkən saxlanıldı

25 Fevral 2020 15:28 (UTC+04:00)

Biləsuvar rayonu ərazisində rayon sakini R.Rəsulov narkotik vasitələri satarkən saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar rayonu ərazisində rayon sakini R.Rəsulov 284 qramdan artıq heroini və 26 qramdan artıq metamfetamini satarkən saxlanılıb.

Şəxsi axtarış zamanı ondan əlavə olaraq 253 qramdan artıq heroin aşkar edilərək götürülüb.