"Şou nümayəndələri pul yığmaq üçün toy edirlər"

25 Fevral 2020 19:54 (UTC+04:00)

"40 şəhərdə toy edim, kameraları çağırım çəksin? Bunlar mənlik deyil. Şəxsi həyatı göstərmək nəyə lazımdır? Bəzi şou əhli kimi pul yığmaq üçün gündə 40 dəfə toy etmərəm. Burada evlənib, orda boşanırlar".

Bu sözləri stilist Anar Ağakişiyev "Show news" verilişinə açıqlamasında deyib. Stilist şou-biznesdə toy edib, boşananları tənqid atəşinə tutub. Anar bildirib ki, ata olmaq istəsə də, övlad sahibi olmaqdan qorxur:

"Belə şeylərə normal baxmıram. Övladım olsun, kiməsə sübut edim ki, bax, mənimdə uşağım var? Övladın arxasınca getmək, dərsi, həyatda hansı rolu oynayacağını düzüb-qoşmaq üçün şəxsiyyət olmaq lazımdır. Valideyn olmaq məsuliyyətdir. Övladlarımı dayə yanında qoya bilmərəm. 24 saat onların yanında olmalıyam, işimi qurban verməliyəm. Bunun üçün həm də geniş evim olmalıdır. Hələ ki, ömrümü işimə, Azərbaycanı tanıtmağa çalışıram.

Qız övladı arzulayıram. Oğlan böyüyür, altına maşın al, Londonda oxusun, getsin. Qız övladı yaxşıdır, sahəmi yüksək səviyyədə davam etdirəcək. İstəmərəm ki, övladlarım bu sahədə olsun. Amma zorla onun həkim olmasını da deyə bilmərəm. Övladıma nənəmin adını - Gözəl qoymaq istərdim. Müasir adlardan xoşum gəlmir, qədim adlar yaxşıdır: Dəniz, Kubra, Mahizər".