Napoli müdafiəçisini itirdi

25 Fevral 2020 20:52 (UTC+04:00)

Napoli Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda Barcelona-nı qəbul edəcək.

Goal.az xəbər verir ki, Neapol təmsilçisi sözügedən qarşılaşmada Xalidu Kulibalinin köməyindən istifadə edə bilməyəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Seneqallı müdafiəçi zədə səbəbindən Barcelona ilə matçda iştirak etməyəcək.

Bu gün keçiriləcək Napoli – Barcelona matçı saat 00:00-da start götürəcək.