Messini “Dieqo, Dieqo” şüarı ilə qarşıladılar

25 Fevral 2020 22:34 (UTC+04:00)

Barcelona Çempionlar Liqasının 1/8 finalında Napoli ilə ilk qarşılaşma üçün Neapola gəlib.

Goal.az xəbər verir ki, Napoli fanatları Messini xüsusi şüarla qarşılayıblar.

Onlar Leonu görcək "Dieqo, Dieqo" qışqırıblar. Fanatlar bu şüarı Napoli-nin əfsanəsi Dieqo Maradonanın şərəfinə səsləndiriblər.

Fanatlar Maradonanın şərəfinə mahnı da oxuyublar. Ümumilikdə, onların Leoya münasibəti xoş olub.