Dövlət başçısından üzr istədi

1 İyul 2013 16:55 (UTC+04:00)

Porto Riko mənşəli amerikalı müğənni Cennifer Lopez, Türkmənistan Dövlət başçısı Qurbanqulu Berdimuhamedovun doğum günündə səhnəyə çıxdığı üçün üzr istəyib. Movqe.Az-ın məlumatına görə, Lopez, etdiyi yazılı şərhdə Türkmənistanın insan hüquqları mövzusundan xəbərdar olmadığını müdafiə edib. Türkmənistan, İnsan Haqqları İzləmə Təşkilatının yanvar ayındakı hesabatında "dünyadakı ən təzyiqçi rejimlərdən biri" olaraq təyin olunur. Lopez, Niyazovun ad gününə qatıldığı üçün insan hüquqları aktivistlərindən təzyiq almışdı.