Homoseksuaların növbəti nümayişi keçirilib

1 İyul 2013 17:31 (UTC+04:00)

ABŞ-ın Nyu York şəhərində ənənəvi homoseksual nümayişinin 44-cüsü təşkil edilib. Movqe.Az-ın məlumatıına görə, şəhərin simvollarından 5-ci küçədə reallaşan yürüyüşə on minlərlə homoseksualdan əlavə, Nyu York qubernatoru Andru Kuomo, siyasətçilər və sənətçilər də qatılıblar. Nümayiş, ABŞ Ali Məhkəməsinin, homoseksual cütlüklərin evli cütlüklərlə eyni federal hüquqlara sahib olması lazım olduğu istiqamətindəki qərarı səbəbiylə qeyd etməyə çevrilib. Rəngli kostyumlarıyla rəqs edən nümayişçilərə tamaşaçılar da yoldaşlıq ediblər.