İranda tibb bacısı koronavirusdan öldü

26 Fevral 2020 13:57 (UTC+04:00)

İranın Gilan əyalətinin Lahican şəhər xəstəxanasında koronavirusa yoluxduğu güman edilən tibb bacısı ölüb.

Mövqe.az  İranın ILNA xəbər agentliyinə istinadən xəbər verir ki, Nərgiz Xanəlizadənin 25 yaşında olduğu və 4 ildir xəstəxanada tibb bacısı işləyədiyi qeyd olunub. 

Onun koronavirus infeksiyasından öldüyü bildirilsə də, testin nəticəsi hələlik dəqiq məlum deyil.