Azərbaycanda güllələnərək öldürülənlərin adı AÇIQLANDI - ZORLADIĞI QIZLA AİLƏ QURUBMUŞ

26 Fevral 2020 19:28 (UTC+04:00)

Bu gün Masallı rayonunda törədilmiş dəhşətli qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Rayonun Təzəkənd kəndində qətlə yetirilən şəxslərin adları məlum olub. Belə ki, kənd sakini Ağayev Sərxan Azayxan oğlu avtomatla yaşadığı evin həyətində həyat yoldaşı, 1999-cu il təvəllüdlü Nəbiyeva Alimə Əli qızını qaynı, 1995-ci il təvəllüdlü Nəbiyev Miralim Əli oğlunu və qayınanası, 1977-ci il təvəllüdlü Nəbiyeva Zemfira Ələsgər qızını güllələyib. O, daha sonra avtomatla öz sifət nahiyəsinə atəş açıb. Miralim və Alimə aldıqları xəsarətlərdən xəstəxanaya yerləşdirilib və orada keçiniblər. Sarvan Ağayevin vəziyyətinin kritik olduğu və yaşamaq şansının olmadığı, Z.Nəbiyevanın vəziyyətinin isə ağır olduğu bildirilib.

İlkin araşdırma zamanı məlum olub ki, bir müddət əvvəl A.Nəbiyeva S.Ağayevdən boşanmaqla bağlı məhkəməyə müraciət edib və uşağa görə aliment kəsilib. Bu gün isə gəlinin ailə üzvləri onun cehizini aparmaq üçün Sarvangilin həyətinə gəlib. Bu zaman S.Ağayev avtomatla atəş açmağa başlayıb və dəhşətli hadisə baş verib.

Publika.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi digər məlumata görə, hadisəni törədən S.Ağayev daha əvvəl məhkumluq həyatı yaşayıb. Belə ki, o, Alimə Nəbiyevanı zorladığı üçün barəsində Cinayət Məcəlləsinin 149-cu (zorlama) maddəsi ilə iş açılıb və 9 il müddətinə həbs edilib. 6 il həbsxanada qalandan sonra Sarvan Ağayev azadlığa çıxıb və Alimə ilə evlənib. Lakin bundan sonra da, onların arasında münasibətlər düzəlməyib.

*****

16:11

Masallı rayonunda dəhşətli qətl hadisəsi baş verib.

 Masallı rayon, Təzəkənd sakini ailə münaqişəsi zəminində avtomatla həyat yoldaşını, qaynını və qayınanasını güllələyib.

Daha sonra əlindəki silahla özünə atəş açıb.

Hadisə zamanı hadisəni törədən şəxsin həyat yoldaşı və qayını yerindəcə keçinib. Qayınanasının vəziyyəti isə ağırdır.

Hadisəyə həyat yoldaşının ondan boşanmaq istəməsi olub.

Məlumata görə, qadının yaxınları evdən mebellərini aparmağa gəliblərmiş.