BŞİH mitinqlə bağlı müraciətə cavab verib

26 Fevral 2020 22:12 (UTC+04:00)

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) İlqar Məmmədov (REAL Partiyası), Ruslan İzzətli (D18), Fərəc Kərimli (Müsavat Partiyası) və müstəqil şəkildə deputatlığa namizədliyini vermiş Fərhad Mehdiyevin mitinqlə bağlı müraciətinə cavab verib.

BŞİH-in mətbuat xidmətinin rəhbəri Mətin Hüseynov Trend-ə bildirib ki, mitinqin fevralın 29-da, saat 15:00-dan-17:00-dək Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki 28 May küçəsi “Neftçi İdman Klubu İctimai Birliyinin Qaradağ təlim-idman bazasında” keçirilməsi təklif edilib.