Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Dünya Bankının nümayəndə heyəti ilə görüşüb

26 Fevral 2020 19:17 (UTC+04:00)

Fevralın 26-da Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Dünya Bankının nümayəndə heyəti ilə görüşüb.

Dünya Bankının Azərbaycan üzrə Ölkə Meneceri Navid Naqvi, Bankın Azərbaycan üzrə İcraçı Direktorunun müşaviri Namiq Nağdəliyev və ekspertlərin iştirak etdiyi görüşdə Dövlət Statistika Komitəsi ilə Dünya Bankı arasında gələcək əməkdaşlığın prespektivləri müzakirə olunub.

Sonra Dünya Bankının ekspertləri tərəfindən Dövlət Statistika Komitəsinin əməkdaşlarına Avropa və Mərkəzi Asiya ölkələrinin təcrübələri əsasında maliyyə sisteminin təkmilləşdirilməsinə və biznesin inkişaf strategiyalarına dair təqdimat nümayiş etdirilib.