Çempionlar Liqası təxirə salındı

27 Fevral 2020 18:29 (UTC+04:00)

Asiya Çempionlar Liqasının mart ayında Cənubi Koreyada keçirilməli olan oyunları ləğv olunub.

Goal.az xəbər verir ki, buna koronavirus epidemiyası səbəb olub.

ÇL-də iştirak edən yerli klublar - Seul, Ulsan, Suvon və Chonbuk-un 3-4 mart tarixlərində evdə oynamalı olduqları matçlar qeyri-müəyyən müddətədək təxirə salınıb.

Qeyd edək ki, Cənubi Koreyada koronavirusa 1146 yoluxma halı qeydə alınıb. Bunlardan 12-si ölümlə nəticələnib. Epidemiyaya görə yerli çempionatın startı (29 fevral) da təxirə salınıb.