Müdafiə naziri Anjey Kaspşiklə görüşüb

27 Fevral 2020 15:30 (UTC+04:00)

Müdafiə naziri general-polkovnik Zakir Həsənov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə görüşüb.

Nazirlikdən Mövqe.az-a verilən məlumata görə, görüşdə qoşunların təmas xəttindəki hazırkı vəziyyətinə, keçirilən monitorinqlərin nəticələrinə və münaqişənin həllinə dair fikir mübadiləsi aparılıb.