Bakıda işıqlar söndü

27 Fevral 2020 16:10 (UTC+04:00)

Bir qədər əvvəl Bakının elektrik enerjisi ilə bağlı təchizatında problem yaranıb.

Mövqe.az məsələ ilə bağlı “Azərişıq” ASC ilə əlaqə saxlayıb.

Qurumdan bildirilib ki, fasiləyə səbəb yarımstansiyalardan birinin fəaliyyətində nasazlıq yaranmasıdır. Hazırda problemin aradan qaldırılması üzrə işlər həyata keçirilir.