Premyer Liqada turun oyunçusu seçildi

27 Fevral 2020 19:54 (UTC+04:00)

“InStat”ın təhlilinə əsasən Azərbaycan Premyer Liqasının 2019/2020-ci illər mövsümünün 18-ci turunun ən yaxşı futbolçusu məlum olub.

Goal.az PFL-in saytına istinadən xəbər verir ki, bu, 321 göstərici ilə “Qarabağ”ın yarımmüdafiəçisi Abdulla Zubirdir.

Fransız “Sumqayıt”a qarşı görüşdə (1:0) 90 dəqiqə meydanda olub və açar ötürmə ilə yadda qalıb.