Koronavirus pandemiyası ilə bağlı ölkəmizdə aparılan qabaqlayıcı tədbirlər çərçivəsində Dövlət Gömrük Komitəsinin Akademiyasında bütün lazımı tədbirlər görülür.
Akademiyanın mətbuat xidmətinin rəhbəri Zeynab Kazımovanın Mövqe.az-a verdiyi məlumata görə DGKA-nın müəllim və tələbələrinə, bütün əməkdaşlara maarifləndirici məlumatlar verilib, geniş təbliğat işləri aparılıb.
Təlimat xarakterli plakatlar müvafiq yerlərdə, o cümlədən bütün auditoriyalarda asılıb. Gündəlik gigiyenanın qorunmasının vacibliyi barədə geniş məlumat verilib.
Akademiyada əsaslı dezinfeksiya işləri aparılıb. Akademiyanın tədris korpusu virus əleyhinə dezinfeksiya edilib, sanitar-epidemioloji vəziyyət nəzarətə götürülüb.