“İstədiyimiz nəticə deyildi" - Ronaldo

27 Fevral 2020 22:18 (UTC+04:00)

Juventus-un futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasında Lyon-a məğlub olduqları oyundan (0:1) sonra fikirlərini bildirib.

Goal.az xəbər verir ki, portuqaliyalı hücumçu, rəsmi instaqram hesabında bunları qeyd edib:

“İstədiyimiz nəticə deyildi, ancaq Çempionlar Liqasında oyunlar hər zaman çətin olur. Turində mübarizə aparmaq üçün daha 90 dəqiqəmiz var və yarışda irəliləyəcəyimizə inanıram”.

Qeyd edək ki, Juventus-la Lyon arasındakı 1/8 finalın cavab matçı martın 17-də keçiriləcək.