Bakı Metropoliteninin rəhbərliyindən sərnişinlərə mürac iət

3 Aprel 2012 19:44 (UTC+04:00)

Müraciətdə BM-in vaqonlarında elan yapışdıran şəxsləri görərkən onlarla bağlı metropoliten işçilərinə məlumat vermək xahiş olunub



Bakı Metropoliteninin (BM) rəhbərliyi sərnişinlərə müraciət edib. BM-in vaqonların salonlarında yayılan müraciəti vaqonlara yapışdırılan iş yerləri və internet sayt elanları ilə bağlıdır. Müraciətdə bu cür iş yerləri və saytlarla bağlı elanlara inanmamaq tövsiyə olunub. Həmçinin BM əməkdaşları tərəfindən sözügedən iş yerləri və saytlarla bağlı araşdırma aparıldığı vurğulanıb: "Məlum olub ki, bu şəxslər vətəndaşları aldadaraq, onlara maddi ziyan vurub". Müraciətdə BM-in vaqonlarında elan yapışdıran şəxsləri görərkən onlarla bağlı metropoliten işçilərinə, yaxud polis əməkdaşlarına məlumat vermək xahiş olunub.