Kişi anasını və bacısını qətlə yetirdi

28 Fevral 2020 13:11 (UTC+04:00)

Gürcüstanın Duşeti rayonunun Çoporti kəndində qətl hadisəsi törədilib.

Mövqe.az xəbər verir ki, 45 yaşlı kişi anasını və bacısını odlu silahla qətlə yetirib.

Cinayəti törədən şəxs hadisə yerindən qaçıb. Hadisənin digər detalları hələ məlum deyil.

Qətli törətməkdə şübhəli bilinən şəxs artıq müəyyən olunub və onun saxlanılması üçün müvafiq tədbirlər görülür.

Faktla bağlı istintaq başlanılıb.